/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində stasionar sosial xidmət müəssisəsində tibbi aksiya keçirilib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində təşkil olunan tibbi aksiya 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunub.
Müəssisədə yaşayan 20-dən çox benefisiar Naxçıvan Muxtar Respublikası Xəstəxanası, Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası və Y.Budaqov adına Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserinin ixtisaslı həkimləri tərəfindən tibbi müayinələrə cəlb olunub. Müayinələr çərçivəsində 9 ultrasəs müayinəsi, 9 nevropatoloq, 6 kardioloq, 9 terapevt və 8 psixiatr müayinəsi aparılıb. Müayinələrin nəticələrinə uyğun olaraq müvafiq tibbi tövsiyələr verilib və müalicə təyin olunub.
Aksiyanın keçirilməsində məqsəd müvafiq kateqoriyadan olan şəxslərin sağlamlığının qorunması və onların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir.