/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən Ədalət Əliyevi və Çimnaz Bayramovanı anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb. Benefisiarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Ədalət Əliyev və Çimnaz Bayramova Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarlarıdır.