/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən benefisiar Surə Piriyevanı doğum günü münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Surə Piriyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Surə Piriyeva Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarıdır.