/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən Ələsgər Ocaqverdiyevi anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Ələsgər Ocaqverdiyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Ələsgər Ocaqverdiyev Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarıdır.