/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Həsən Abbasov stasionar sosial xidmət göstərilən Cavanşir Həsənovu anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Cavanşir Həsənov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Cavanşir Həsənov Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarıdır.