/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov, Agentliyin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsində stasionar sosial xidmət göstərilən benefisiarı Çernişova Violetta Nikolayevnanı 75 illik yubileyi münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Violetta Nikolayevna göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Violetta Nikolayevna Sosial Xidmətlər Agentliyinin “Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin sosial xidmət göstərilən benefisiarıdır.