/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli stasionar sosial xidmət göstərilən ahıl Telman Məmmədovu, Kamil Şirinovu və Reyhan Məmmədovanı anadan olmaları münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Telman Məmmədov, Kamil Şirinov və Reyhan Məmmədova Sosial Xidmətlər Agentliyin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsinin stasionar sosial xidmət göstərilən benefisiarlarıdır.
Ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.