/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə stasionar sosial xidmət göstərilən ahıl Karlıkaş Malikbaevanı anadan olması münasibəti ilə ziyarət edib, təbriklərini çatdırıb.
Qeyd edək ki, Karlıkaş Malikbaeva Sosial Xidmətlər Agentliyin “Çətin həyat şəraiti olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsi”nin Ahıl şəxslərlə iş şöbəsinin stasionar sosial xidmət göstərilən benefisiarıdır.
Karlıkaş Malikbaeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.