/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Həsən Abbasov Şərur rayonunda evdə (səyyar) sosial-məişət xidmət göstərilən II dərəcə əlilliyi olan, tənha ahıl Rzayeva Nəzakət xanımı anadan olmasının 70 illik yubileyi və sosial xidmət göstərilən digər iki benefisiarın Hüseyn Əliyev və Sitarə Əliyeva cütlüyünü isə evliliklərinin 50-ci ildönümü münasibətilə ziyarət edib, təbriklərini çatdırıb.
Görüş zamanı tənha ahılların səhhəti və gündəlik ehtiyacları ilə maraqlanılıb. Ahıl vətəndaş göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, tənha ahıllar və əlilliyi olan şəxslər üçün evdə səyyar sosial xidmətlər onların gündəlik məişət ehtiyaclarının qarşılanması və sosial rifahının təmin olunmasına yönəlib. Bu cür diqqət və qayğı tədbirləri həmin şəxslərin cəmiyyətə bağlılığının qorunması və mənəvi dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirlik tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.