/**/
Xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən muxtar respublika ərazisində sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı ailələrin müəyyən edilərək sosial yardımın təyin olunmasına dəstək göstərilməsi, eləcə də müraciət qaydaları ilə bağlı Şərur rayonunda maarifləndirici görüş təşkil olunub.
Şərur rayon İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərin məsul şəxslərinin iştirakı etdiyi görüşdə mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib. Sosial cəhətdən həssas əhali qruplarının mövcud sosial müdafiə mexanizmlərinə əlçatanlığının təmin olunması istiqamətində ortaya çıxan suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq muxtar respublikada əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir.