/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin tərəfdaşlığı ilə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərlə maarifləndirici tədbir keçirilib.
"Fərdi Sosial İş layihəsi" çərçivəsində təşkil olunan tədbirdə Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinin qeydiyyatında olan 9 məhkum iştirak edib. Görüş zamanı iştirakçılarla fərdi sosial iş aparılıb, onların sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və gələcək həyat planlarının formalaşdırılması istiqamətində maarifləndirici söhbətlər aparılıb.
Tədbirin əsas məqsədi sosial ədalətin bərpasına şərait yaratmaq, cəza çəkmədən sonra adaptasiya prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dəstək olmaq və həmin şəxslərin sosial rifahının artırılmasına töhfə verməkdir.