/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov 2002-ci ildə şəhid olmuş Ruslan Budaqovun və 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn leytenant Elçin Əsgərovun ailələrini ziyarət edib.
Elnar Hüseynov şəhid, leytenant Elçin Əsgərovun vətənə əmanət övladı Zəhra Əsgərovanın doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Elçin Əsgərov “Azərbaycan bayrağı” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!