/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş polkovnik-leytenant Vüqar Ağayevin və eyni ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan leytenant Nihad Seyidovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, polkovnik-leytenant Vüqar Ağayev “Vətən Müharibəsi Qəhrəmanı’’, “Vətən uğrunda’’ və “Qubadlının azad olunmasına görə’’ medalları, şəhid, leytenant Nihad Seyidov III dərəcəli "Rəşadət" ordeni, "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!