/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə 1992-ci ildə Sədərək rayonunda şəhid olan mülki şəxs Şükür İsmayılovun və 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Qurban İbrahimovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, Qurban İbrahimov "Azərbaycan bayrağı” ordeni, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!