/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 1992-ci ildə şəhid olmuş mülki şəxs Kəmalə Zeynalovanın və 1995-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Pənah Qədimovun ailələrini ziyarət edib.
Görüşdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Rasim Piriyev şəhidlərimizin xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını vurğulayıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!