/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1992-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan Mehman Orucovun və 1997-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Məzəddin Mürşüdovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!