/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 2020-ci ildə Qubadlı rayonunda şəhid olmuş mayor Sadiq Həsənovun atasını və 2023-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn baş leytenant İbrahim Qasımovun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, mayor Sadiq Həsənov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, şəhid, baş leytenant İbrahim Qasımov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!