/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Kəngərli rayonundan olan, 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan mayor Fuad İsmayılov və eyni ildə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Elməddin Qəhrəmanovun ailələrini ziyarət edib.
Naib Əlizadə şəhid, mayor Fuad İsmayılovun vətənə əmanət övladı Yusif İsmayılovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, mayor Fuad İsmayılov III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları, şəhid, leytenant Elməddin Qəhrəmanov III dərəcəli "Rəşadət” ordeni, "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğurunda" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!