/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Atabəy Məmmədli Culfa rayonundan olan şəhid baş leytenant Mahmud Zeynalovun və Kənan Rzayevin ailələrini ziyarət edərək, qayğıları ilə maraqlanıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Kənan Rzayev “Xocavəndin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Vətən uğrunda” və ”Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!