/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov Sədərək rayonunda yaşayan 1992-ci ildə şəhid olmuş mülki şəxs Kərim Əhmədovun və 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Tağı Abdullazadənin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Tağı Abdullazadə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!