/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Naxçıvan şəhərindən olan, 1994-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Hasil Bəkirovun və 2020-ci ildə Zəngilan rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan kapitan Aşur Cəmiyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, kapitan Aşur Cəmiyev xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, şəhidlik zirvəsinə yüksəldikdən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!