/**/
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov Ordubad rayonundan olan, 1994-cü ildə Füzuli rayonunda şəhid olmuş Faiq Novruzovun və eyni ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Natiq Babayevin ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!