/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov 1991-ci ildə şəhid olan mülki şəxs Əli Məmmədovun və 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn leytenant Şükür Hacıyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Şükür Hacıyev III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!