/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Sədərək rayonundan olan, 1994-cü ildə Sədərək rayonunda gedən döyüşlərdə şəhid olmuş Adil Cəfərovun və 1995-ci ildə şəhidlik zirvəsinə yüksələn Mübariz Şahverdiyevin ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!