/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Naib Əlizadə Şahbuz rayonundan olan, 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş leytenant Emin Sadiqovun və eyni ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan İman Alməmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Emin Sadiqov III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları, şəhid İman Alməmmədov III dərəcəli “Vətənə Xidmətə görə” ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, "Şücaətə görə", “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!