/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev 1994-ci ildə şəhid olan mülki şəxs Ələmdar Fətullayevin və 2020-ci ildə Kəlbəcər rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan leytenant Mərhəmət Həmzəyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Mərhəmət Həmzəyev III dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!