/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” peşəyönümü məsləhət xidməti fəaliyyətini davam etdirir. Bu çərçivədə Şahbuz rayonunda orta məktəb şagirdlərinin ixtisas seçimi və karyera planlamasına dair növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir Şahbuz şəhər 1 nömrəli və Keçili kənd tam orta məktəblərində keçirilib. Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.
Ümumilikdə 193 şagird - o cümlədən 97 nəfər 5-7-ci sinif, 96 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Peşəyönümü məsləhət xidmətləri gələcəkdə də digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.