/**/
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunun Badamlı qəsəbə tam orta məktəbində “Kəndimə gəl!” layihəsi çərçivəsində peşəyönümlü təlim və seminarlar keçirilib.
Layihənin əsas məqsədi kənd məktəblərində təhsil alan şagirdlərin peşə və ixtisas seçimi prosesində məlumatlı qərar verməsinə dəstək göstərmək, onların karyera planlaması bacarıqlarını və motivasiyasını artırmaq, şəxsi inkişafına təkan vermək və gələcək əmək bazarına düzgün hazırlığını təmin etməkdir.
2 gün davam edən layihədə şagirdlərə “özünü tanıma və karyera planlaması”, “əmək bazarı və bacarıqlar”, “məqsədlərin təyin olunması”, “ünsiyyət bacarıqları” mövzusunda seminarlar və müxtəlif peşələr üzrə master-klasslar keçirilib.