/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları üçün “Şən ferma” adlı animasiya filminin nümayişi təşkil olunub.
Naxçıvan şəhərindəki Saat Meydanında yerləşən “CinemaSaat” kinoteatrında keçirilən film nümayişində Mərkəzin 30 benefisiarı və 3 təlimçisi iştirak edib.
Tədbirin keçirilməsində məqsəd benefisiarların asudə vaxtlarının səmərəli təşkili, onların mədəni-kütləvi tədbirlərə cəlb olunması və sosial inteqrasiyasının dəstəklənməsi olub.