/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Ordubad rayonundan olan, 2019-cu ildə Soyuqdağ yüksəkliyində şəhid olmuş Vüsal Yusifovun və 2023-cü ildə Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalan şəhid, baş leytenant Nihat Quluzadənin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant Nihat Quluzadə xidməti dövründə III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Laçının azad olunmasına görə", “Vətən müharibəsi iştirakçısı”, "İgidliyə görə" medalları, ölümündən sonra II dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, medalı ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin, o cümlədən şəhid, Vüsal Yusifovun və Nihat Quluzadənin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!