/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarında yaşayan, sağlamlıq imkanlarının məhdudiyyəti səbəbi ilə yaşadıqları ünvanlardan kənara çıxmaqda çətinlik çəkən, bir sıra müvafiq kateqoriyadan olan şəxslər əvvəlcədən qeydiyyata alınmış müraciətləri əsasında ünvanlarında mühərrikli və mexaniki təkərli oturacaqlarla təmin edilib.
Təqdim olunan vasitələr həmin şəxslərin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına, onların hərəkət imkanlarının genişləndirilməsinə və sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.