/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Şərur rayonunda yaşayan, 1994-cü ildə şəhid olmuş Zeynalabdin Zeynalovun, eyni ildə şəhid olmuş Qulu Sadiqovun və 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan leytenant Əli Yusifovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant Əli Yusifov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!