/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Culfa rayonundan olan, 1992-ci ildə Sədərək rayonuda şəhid olmuş Elsəvər Aslanovun, 1993-cü ildə şəhid olmuş Cəmaləddin Qəribovun və 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Miryasin Seyidovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Miryasin Seyidov III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!