/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Naxçıvan şəhərindən olan, 1992-ci ildə Sədərək rayonunda şəhid olan Əli Səmədovun, 2000-ci ildə Ordubad rayonu istiqamətində şəhid olan Oktay Əliyevin, 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn mayor Elşən Orucovun ailələrini ziyarət edib.
Rasim Piriyev şəhid, mayor Elşən Orucovun vətənə əmanət övladı Günəş Orucovanın doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamı ilə şəhid, mayor Elşən Orucov "Azərbaycan Bayrağı" ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları, medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!