/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Kəngərli rayonundan olan, 2020-ci ildə şəhidlik zirvəsinə ucalan leytenant Güloğlan Qədimovun, İsmayıl Yüzbaşıyevin və Qurban İbrahimovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Güloğlan Qədimov III dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları, şəhid İsmayıl Yüzbaşıyev III dərəcəli "Vətənə xidmətə görə” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları, şəhid Qurban İbrahimov "Azərbaycan bayrağı” ordeni, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!