/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Şərur rayonundan olan, 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan leytenant Həsən Quliyevin və eyni ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsən Cəlilovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Həsən Quliyev III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olmasına görə” medalları, şəhid Həsən Cəlilov “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!