/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov 2019-cu ildə Ordubad rayonunun “Soyuqdağ” yüksəkliyində şəhid olmuş Vüsal Yusifovun ailəsini ziyarət edib.
Ramin Səfərov şəhid Vüsal Yusifovun vətənə əmanət övladı Yusif Yusiflinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!