/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Kəngərli rayonundan olan, 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mayor Fuad İsmayılov ailəsini ziyarət edib.
Ramin Səfərov şəhid, mayor Fuad İsmayılovun vətənə əmanət övladı Yusif İsmayılovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, mayor Fuad İsmayılov III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!