/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Naxçıvan şəhərindən olan, 2023-cü ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş leytenant İbrahim Qasımovun ailəsini ziyarət edib.
Ramin Səfərov şəhid, baş leytenant İbrahim Qasımovun vətənə əmanət övladı Malik Qasımovun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, baş leytenant İbrahim Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirlərindən də bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!