/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Ordubad rayonundan olan, 1990-cı ildə şəhid olmuş Rahim Babayevin, 2019-cu ildə şəhid olmuş Vüsal Yusifovun və 2020-ci ildə Murovdağ ərazisində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn leytenant İntiqam Abdullayevin ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid Vüsal Yusifovun vətənə əmanət övladı Yusif Yusiflinin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant İntiqam Abdullayev III dərəcəli "Rəşadət" ordeni, “Kəlbəcərin azad olunmasına görə”, Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!