/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Naxçıvan şəhərindən olan, 1990-cı ildə Sədərək rayonunda gedən döyüşlərdə şəhid olan Abbasəli Nəzərəliyevin, Babək rayonundan olan, 1998-ci ildə şəhidlik zirvəsinə yüksələn Əli Məmmədovun və 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan Ümid Novruzlunun ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid Ümid Novruzlunun vətənə əmanət övladı Bahadur Novruzlunun doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Ümid Novruzlu III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!