/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Naxçıvan şəhərindən olan, 1993-cü ildə Sədərək rayonunda gedən döyüşlərdə şəhid olmuş Xanəli Nuriyevin, 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş leytenant Vəli Quliyevin və eyni ildə şəhidlik zirvəsinə yüksələn mayor Sadiq Həsənovun ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid, mayor Sadiq Həsənovun vətənə əmanət övladı İnci Həsənzadənin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid, leytenant Vəli Quliyev "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə" və “Cəsur döyüşçü’’ medalları, şəhid, mayor Sadiq Həsənov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!