/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Kəngərli rayonundan olan, 2020-ci ildə Şuşa rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Zaman Məmmədovun və eyni ildə şəhidlik zirvəsinə yüksələn Azər Tağıyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Zaman Məmmədov III dərəcəli “Vətənə xidmətə görə" ordeni, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətə görə" və "Vətən uğrunda" medalları, şəhid Azər Tağıyev “Azərbaycan bayrağı" ordeni, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!