/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Kəngərli rayonunda yaşayan, 2020-ci ildə şəhid olmuş baş leytenant Tural Əsgərlinin, eyni ildə şəhidlik zirvəsinə yüksələn Basid Rüstəmovun və Kəmaləddin Məmmədovun ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, baş leytenant Tural Əsgərli III dərəcəli “Rəşadət” ordeni, "Kəlbəcərin azad olunmasına gorə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları, şəhid Basid Rüstəmov “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, şəhid Kəmaləddin Məmmədov “Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunublar.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!