/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Culfa rayonundan olan, 1992-ci ildə şəhid olmuş Miryusif Seyidovun, 2013-cü ildə şəhid olmuş Ramal Məmmədovun və 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn Kənan Quliyevin ailələrini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid Kənan Quliyev “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!