/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Səfərov Babək rayonundan olan, 1992-ci ildə Sədərək döyüşləri zamanı şəhid olan Malik Əliyevin və 2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksələn leytenant İbrahim Vəlizadənin ailələrini ziyarət edib.
Ramin Səfərov şəhid, leytenant İbrahim Vəlizadənin vətənə əmanət övladı Fərid Vəlizadənin doğum günündə iştirak edib, təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid, leytenant İbrahim Vəlizadə III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!