/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Rasim Piriyev Ordubad rayonundan olan, 1992-ci ildə şəhidlik zirvəsinə ucalan Asəf Həsənəliyevin və 2001-ci ildə Sədərək rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Əmir Rəfiyevin ailələrini ziyarət edib.
Görüş zamanı şəhidlərimizin əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!