/**/
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq “Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə” statusuna layiq görülən “Cahan Holdinq”ə məxsus ENNA MMC müəssisəsinə infotur təşkil olunub.
İnfoturda 10 istehsal müəssisəsinin əməyin mühafizəsi üzrə mühəndisləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə keçirilən infotur çərçivəsində müxtəlif müəssisələrdən olan iştirakçılara müəssisənin fəaliyyəti, istehsal prosesi, iş yerlərində təhlükəsizlik qaydalarının tətbiqi və əməyin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
İnfoturun keçirilməsində əsas məqsəd əməyin mühafizəsi sahəsində qabaqcıl təcrübələrin paylaşılması, müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, elektrik və yanğın təhlükəsizliyi qaydaları, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi və təhlükəsiz əmək mühitinin təşviqi olub.