/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 8 Noyabr – Zəfər Günü və Vətən müharibəsində qazanılmış Qələbənin altıncı ildönümü ilə əlaqədar Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsi önünə gül dəstələri qoyub, vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad edərək ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər doğma torpaqlarımızın işğaldan azad edilməsinin, milli qürurumuzun və sarsılmaz birliyimizin təntənəsidir. Xalqımız qəhrəmanlığın, misilsiz şücaətin və Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilən bu əlamətdar günü böyük fəxarət və qürur hissi ilə qeyd edir.