/**/
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Nazirlik Aparatı, onun sturkturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Tədbirdə Nazirliyin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin Hüquq sektorunun məsləhətçi-hüquqşünası Şəbnəm Hüseynova və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri Cavad Cavadov çıxış edərək iştirakçılara uşaq hüquqları və onların müdafiəsi ilə bağlı geniş məlumat təqdim ediblər.
Çıxışlarda qəbul olunmuş milli qanunvericilik, beynəlxalq konvensiyalar, eləcə də dövlət tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Uşaqların sağlam və təhlükəsiz mühitdə formalaşmasının əhəmiyyəti vurğulanıb, “Uşaq hüquqları haqqında” BMT Konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq-ailə münasibətləri, uşaq-cəmiyyət əlaqələri mövzularında maarifləndirici məqamlar diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.